5 Avqust 2023 08:31
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və silahlı münaqişə bölgələrinə yaxınlaşmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, səfirlik tərəfindən edilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərə yaxınlaşmamaları barədə xəbərdarlıq edilib və Livan ərazisini dərhal tərk etmələri istənilib.

Açıqlamada, həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarının Livana səyahətini qadağan edən qərara əməl etməyin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Livandakı ən böyük qaçqın düşərgəsi olan Ayn əl-Halvada iyulun 29-dan bəri fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında baş verən qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Livanlı tərəflərin vasitəçiliyi ilə iyulun 31-də düşərgədəki fələstinli qruplar arasında atəşkəsin əldə olunduğu elan edilib. Buna baxmayaraq, tərəflər arasında vaxtaşırı münaqişələr davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər