8 Avqust 2023 23:49
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin toyunda rəqs etdiyi Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Ryazanın Petruşovo kəndində keçirilən şənlikdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi Rusiya prezidenti Vladimir Putinin onun toyunda iştirak edib gəlinlə rəqs etməsindən sonra dünyada geniş tanınıb.

Karin Knaysl 2017-2019-cu illərdə Avstriya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

“Üç il əvvəl Avstriyanı tərk etmək məcburiyyətində qaldım, Fransada işləməyə icazə vermədilər, hətta bank hesabı açmaqdan belə imtina etdilər. Qorxdum və Avropadan qaçmalı oldum, məni heç yerə qəbul etmədilər. Ərəb dilini bildiyim üçün Livana getdim. Rusiyada qalmaq üçün mənə kömək lazım idi. Mənzil tapmaqda mənə kömək edən bir neçə adam tanıyırdım. Onlar mənə rus dilini öyrənməyə kömək edirlər. Mən səkkiz dil bilirəm, amma təəssüf ki, rus dilini yeni öyrənməyə başlayıram", deyə xanım siyasətçi qeyd edib.

Karin Knaysl qeyd edib ki, Rusiyaya gəlmək asan olmayıb: "Mən buranı bəyənirəm. İşə başladım, dərs deməyə və oxumağa davam edirəm, kitablarımı yazıram, dil öyrənirəm. Köhnə həyatımdan getməli oldum, hər şeyi yenidən başladım və 60 yaşımda bu asan deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər