Ukrayna qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində uğurlu reyd keçirib. Böyük ehtimalla bu istiqamətdə 800 metr dərinlikdə müdafiəni yarıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
ISW-nin istinad etdiyi Rusiya mənbələrinə görə, ukraynalılar hər biri 6-7 nəfəri daşıyan 7 kateri Kozaçi Lageri kəndi ərazisində Dnepr çayının şərq sahilinə endiriblər. Rusiya mənbələri ukraynalıların ruslar onlara atəş açmazdan əvvəl şərq sahilinə enməyi bacardığını təsdiqləyiblər.
NASA xəritələri də son 24 saat ərzində Kozaçi Lager yaxınlığında yanğınların baş verdiyini göstərir. Bu, aktiv artilleriya atəşi ilə bağlı ola bilər.