9 Avqust 2023 23:58
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya hava hücumundan müdafiə üçün daha 2 ədəd “Patriot” tipli buraxılış qurğusu verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin hesabatında deyilir.

Almaniya hökumətinin rəsmi saytında qeyd olunur ki, yeni yardım paketinə, həmçinin 10 ədəd “Bandvagn 206” (BV206) tırtıllı yolsuzluq maşını, 6 525 155 mm-lik artilleriya mərmisi, partlayış təhlükəsi olan əşyaların zərərsizləşdirilməsi üçün materiallar; 5 ədəd sərhəd xidməti avtomobili, 4 ədəd “VESTOR” kəşfiyyat PUA-sı, 1 163 durbin, 6 ədəd “8x8 HX81” TIR-ı və 5 yarımqoşqu, 2 ədəd “8x6” tipli yükləmə-boşaltma maşını, 100 ədəd MG5 pulemyotu və 40 min ilkin tibbi yardım dəsti daxil olub.

Bundesverin anbarlarından Ukraynaya həm də 20 min qoruyucu eynək veriləcək. Almaniya hökuməti, həmçinin Ukraynaya partlayıcı obyektlərin utilizasiyası üçün materialların və yeni eynək partiyasının - 80 min ədəd ötürülməsi planlarını açıqlayıb.

Məlumatda qeyd olunur ki, tədarüklər təhlükəsizlik potensialının artırılması üçün Almaniya fondları tərəfindən maliyyələşdirilən sənaye ehtiyatlarından gəlir. Bəzi tədarüklərin təkmilləşdirilməsi lazımdır və ya istehsal davam edir; həmçinin təlim tədbirləri də keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər