Parisdəki terror olaylarına etiraz etmək üçün təşkil edilən "Respublika yürüşü"nə dünyanın bir çox ölkələrinin liderləri və minlərlə insan qatılıb.
Teleqraf.com-un xəbərinə görə, 17 nəfərin ölümü ilə nəticələnən terrora etiraz edənlər arasında 50-ə yaxın ölkənin dövlət və hökumət başçıları olub. Yürüş yerli vaxtla saat 15.25-də başlayıb.
Terror əleyhinə həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.
Respublika yürüşündən əvvəl Fransa prezidenti Fransua Olland dövlət və hökumət başçılarını Yelisey sarayında qəbuk edib.
Yürüşdə Türkiyədən Baş nazir Əhməd Davudoğlu, Almaniya Baş naziri Angela Merkel, İngiltərə Baş naziri David Cameron, İtaliya Baş naziri Matteo Renzi, İspaniya baş naziri Mariano Rajoy, AB Komissiyası başçısı Jan Klod Junker, Ukrayna prezidenti Petro Poroşenko, Hollandiya Baş naziri Mark Rutte, Belçika Baş naziri Charles Michel, Avropa Şurasının sədri Donald Tusk, Danimarka baş naziri Helle Thorning-Schmidt və Bolqarıstan Baş naziri Boyko Borisov və b. qatılıb.
Nihad