2024-cü ilin martında ümumi seçkilərin keçiriləcəyi Pakistanda həmin tarixə qədər müvəqqəti hökumətdə baş nazir vəzifəsini icra edəcək şəxs açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Pakistan Baş Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilib ki, Pakistanın baş naziri Şahbaz Şərif və ana müxalifətin lideri Raca Riaz paytaxt İslamabadda görüşüb. İki lider arasında yeni baş nazir kimin olacağı ilə bağlı aparılan danışıqlar nəticəsində Bəlucistan Xalq Partiyasından (BAP) senator Ənvaarul Hak Kakar müvəqqəti hökumətin baş naziri təyin edilib.
Bildirilib ki, Pakistan prezidenti Arif Alvi təyinat qərarını təsdiqləyib. Hak Kakar gələn ilin martında keçiriləcək ümumi seçkilərə qədər Pakistanın baş naziri olacaq.