İraqın Kürdüstan bölgəsinin başçısı Məsud Bərzani Ərbilə səfər edən Almaniya müdafiə naziri Ursula von der Leyenlə görüşdən sonra mətbuata bir sıra açıqlamalar verib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinəgörə, Bərzani açılamasında "öyünərək deyirəm ki, peşmərgə İŞİD-i məğlub etdi" deyib.
Bərzani nazir Leyenlə ikici dəfə görşdyn, Almaniyanın Kürdüstan bölgəsinə hərbi yardım göstərdiyini də bildirib: "Almaniyanın göndərdiyi silahlar terrorçuların saysız-heabsız hücumunu boşa çıxardı . Peşmərgə gücləri bu silahlarla terror təşkilatını məğlubiyyətə uğratdı. İŞİD-i məğlub etmək peşmərgə üçün böyük bir şərəfdir. Qarşımızda daha uzun döyüşlər ola bilər. Terrorçular hücumlarını davam etdirə bilərlər. Lakin terrora və terrorçulara qalib gələcəyik".
Bərzani Almaniyadan gələn tankların döyüşdə təsirli olub-olmadığı barədə suala "Almaniyanın göndərdiyi silahlar və peşmərgəyə keçdiyi təlim döyüşdə çox faydalı oldu" cavabını verib.
Nihad