13 Avqust 2023 14:43
5 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hakimiyyətinə qarşı hərbi qiyama rəhbərlik edən “Vaqner” lideri Yevgeni Priqojinin harada olduğu dəqiq bilinməsə də, qruplaşmanın yeni şifrəli mesajlarının deşifrə edilməsindən sonra Kremldə gərginlik yaşanır.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiya Prezidenti Vladimir Putinin Priqojinlə anlaşmasının bu ayın əvvəlində iflasa uğradığını bildirir.

Kreml mənbələrinə görə, bu, yüzlərlə “Vaqner” döyüşçüsünün Rusiyaya kütləvi şəkildə qayıtmasına səbəb olub. Muzdluların çoxunun avtobuslarla Moskvaya yaxın ərazilərə daşınması Rusiya liderinə ikinci zərbənin vurulacağı ilə bağlı narahatlıq yaradıb.

“British Express” qəzetinin iddiasına görə, avtobus dolu muzdluların Rusiyaya qayıtması və “Vaqner”in şifrələnmiş Putini təşvişə salıb.

Nəşr “vaqnerçilər”ə “Əlaqədə olun, hər an yeni əmrlər gələ bilər” mesajının verildiyini yazır. Şifrələnmiş mesajda bildirilir ki, Rusiyaya qayıdan muzdluların əksəriyyəti bu ayın sonuna kimi aktivləşdiriləcək.

“Aktivləşdirmə” termininin tam olaraq nəyi nəzərdə tutduğu bəlli olmasa da, bunun ikinci çevriliş cəhdi ola biləcəyi ilə bağlı iddialar var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər