12 Yanvar 2015 03:03
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 10-dan 11-nə keçən gecə Kəraçi şəhərinə gedən avtobusun yanacaq daşıyan maşınla toqquşması nəticəsində həlak olanların sayı 60-a çatıb. Bu barədə Pakistan polisi yeni məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda qeyd edilir ki, qəzaya yanacaq daşıyan maşının sürücüsü səbəb olub. Bu maşın avtobusun yoluna çıxıb və toqquşma nəticəsində hər iki maşın aşaraq yanıb.

Maşınların sürücüləri özlərini vaxtında yerə ata biliblər. Günahkar sürücü qaçıb, polis onun axtarıçını davam etdirir.


Müəllif:

Oxşar xəbərlər