14 Avqust 2023 16:19
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Prezident Co Baydenin Ukrayna siyasətini şərh edib.

Teleqraf.com xəbər verir ki, keçmiş rəsmi ABŞ hökumətini ləng hərəkətdə günahlandırıb.

Bolton bildirib ki, Ukrayna silahlı qüvvələrinin əks-hücumunun zəif tempi Kiyevə yardımın ləng çatdırılması ilə əlaqəlidir. Onun sözlərinə görə, silah təchizatı ilə bağlı mübahisələr, eskalasiya qorxusu və Moskvanın hərəkətləri bir sıra ölkələrdə “paralitik ehtiyatlılığa” səbəb olub.

Keçmiş müşavir əlavə edib ki, Ukrayna silahlı qüvvələrinin əməliyyat zamanı ciddi uğur qazana bilməməsi Baydenin siyasətinin nəticəsidir.

“Ukraynanın əks-hücumunun ləngiməsi Baydenin tərəddüdünün günahıdır”, - Bolton vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər