Türkiyənin tanınmış ssenari müəllifi və kino rejissoru Sinan Çətin qəribə iddialarla çıxış edib.
ANS PRESS-in məlumatına görə, “Ülke” tele kanalında qonaq olan rejissor ölkənin indiki adının hər şeyi əhatə etmədiyini bildirib.
“Adımız Osmanlı kimi davam etməlidir. Sözlərin geridəqalmışlıq kimi düşünülməməlidir. Əksinə, inqilabi çıxış edirəm. Çünki Türkiyə Cümhuriyyəti adı bütün zənginliklərimizi əhatə etmir”.
Sinan Çətin hakim Ədalət və İnkişaf Partiyasının tərəfdarı olmadığını, sadəcə olaraq ölkədə alternativ müxalifət olmadığını vurğulayıb:
“Mən AKP pərəstişkarı deyiləm. Amma AKP qarşısındakı müxalifətdən də iyrənirəm. Qqarşı tərəfə baxanda o qədər qaranlıqdır ki, bu tərəfdəki aydınlığı seçirəm”.