14 Avqust 2023 21:25
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə səfəri zamanı “Soledar” əməliyyat-taktiki qrupunun cavabdehlik zonasında hücum əməliyyatları aparan briqadaların qərargahına baş çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti, müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri ilə bağlı məruzələri dinləyib.

"Mən vəziyyəti geniş başa düşmək üçün hər gün ümumi məlumat alıram ki, bu da çox vacibdir. Bununla belə hər birinin problemlərini dəqiq başa düşmək üçün bütün briqadalara ayrı-ayrılıqda baş çəkmək istədim. Söhbətimiz zamanı istənilən məsələni müzakirə edə bilərsiniz”, - deyə Zelenski hərbçilərlə görüşdə vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər