İranın Azərbaycandakı səfiri Abbas Musəvi Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifin Şirazdakı terror aktı ilə bağlı tvitinə cavab verib.
Teleqraf.com xəbər verir ki, iranlı Şahçıraq türbəsindəki olayı “xalqa qarşı zorakılıq” adlandırıb.
“Cənab səfir, terroru “zorakılıq və ya hadisə” adlandıraraq aşağılamaq ondan irəli gəlir ki, siz qərblilər terroru yaxşı və pisə bölürsünüz. Londondakı bıçaqlanmanı terror adlandırırsınız. Amma buradakı terrora göz yumursunuz. Onu da xatırlayın ki, general Süleymaninin şücaəti olmasaydı, hər gün London küçələrində cəsədlər toplamalı olacaqdınız”, - Musəvi bildirib.