17 Avqust 2023 17:27
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bu formatın daimi üzvü olduğu üçün G20 sammitinə dəvət olunub, həmçinin sentyabrda tədbirə ev sahibliyi edəcək Hindistanla sıx əlaqələri var”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsinin niyə sözügedən sammitə dəvət edilmədiyini izah edərkən deyib.

Nazir Rusiyanın G20-ya daxil olmasından təəssüfünü bildirib. Kuleba Rusiya Prezidenti Vladimir Putinin tədbirdə şəxsən iştirak edəcəyinə şübhə edir.

“Lavrova gəlincə, tərəfdaşlarımızın onunla bağlı hazır texnikası var, buna “Lavrovu vecinə almamaq” deyilir”, - Kuleba əlavə edib.

Nazir Ukraynanın G20 sammitində təmsil olunmağa cəhd edib-etməyəcəyi sualını da cavablandırıb:

“Qapını niyə sındıraq? Hindistanla dialoq, ünsiyyət var. Səudiyyə Ərəbistanında keçirilən son toplantıda Çinlə yanaşı, Hindistan təmsilçisi də iştirak edib və bu, rusları xeyli hiddətləndirib. Biz G20 ilə müəyyən qarşılıqlı fəaliyyət formatı üzərində işləyirik ki, orada Ukraynanın səsi eşidilsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər