Almaniya Kansleri Olaf Şolz ölkəsinin münaqişə tərəfi kimi Ukraynada müharibəyə cəlb olunmasının qarşısını almağa çalışacağını bildirib.
Teleqraf.com xəbər verir ki, kansler alman əsgərlərinin Ukraynada qətiyyən döyüşmədiklərini deyib.
“Mənim istəyim bunun qarşısını almaqdır, ona görə də, məsələn, Ukraynada alman əsgərləri yoxdur və olmayacaq”, - Şolz qeyd edib.
Bundan əlavə, o söyləyib ki, Almaniya Rusiyanın daxili siyasətinə qarışmağı və hökuməti devirməyə çalışmır:
“Kimin harada oturacağına biz qərar vermirik, rejimi dəyişməyi planlaşdırmırıq. Bununla belə, Putin qorxur ki, bu, bizim planımızdır”.