19 Avqust 2023 16:21
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Finlandiyanın tarixindən ironik şəkildə danışıb.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi müasir Finlandiyanın qurucusu kimi Rusiyanı göstərib.

Medvedev X sosial şəbəkəsində fin dilində yazır:

“Birinci soruşur: “Pekka, biz ruslardan niyə qorxuruq?”

Həmsöhbəti cavab verir: “Onlar işğalçılar və barbarlardır. Maraqlıdır, müstəqil Finlandiyanı kim yaradıb?”

Pekka fikrini tamamlayır: “Matti, bir rus vardı, adı Lenin idi”.

Medvedev bundan əvvəl də X sosial şəbəkəsində Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı “vəziyyətin absurdluğunu qeyd edən iki fin arasında söhbət”i əks etdirən lətifə paylaşmışdı.

Rusiya rəsmisinin iddiasına haqq qazandıran TASS yazır ki, 1809-cu ildən Suomi Finlandiya Böyük Hersoqluğu adıyla Rusiya İmperiyasının tərkibində olub:

“1917-ci il dekabrın 6-da Finlandiya parlamenti Finlandiyanı müstəqil dövlət elan etmək qərarına gəlib. RSFSR Xalq Komissarları Soveti həmin il dekabrın 31-də ölkənin müstəqilliyini tanıyıb. Müvafiq fərmanı Vladimir Lenin imzalayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər