20 Avqust 2023 23:08
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarına Ukraynaya hərbi yardım üçün ildə 5 milyard avro ayırmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu Lindner Berlində Almaniya hökumətinin “Açıq qapı” günləri çərçivəsində vətəndaşlarla müzakirələrdə bildirib.

“Biz Ukraynaya artıq 22 milyard avro məbləğində yardım göstərmişik”, - Lindner qeyd edib.

Maliyyə naziri buraya əsasn humanitar yardımlar daxildir:

“Növbəti illər üçün mən Bundestaqdakı büdcə qanunvericilərinə hərbi dəstək olaraq plana hər il 5 milyard avro töhfə verməyi təklif etmişəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər