ABŞ-ın Kaliforniya ştatında Lauri Karleton adlı qadın mağazasını LGBT bayrağındakı rəglərlə bəzədiyi üçün qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, 66 yaşlı Lauri Karleton cümə günü günortadan sonra mağazanın qarşısında güllə yarası alıb.
Silahlı şəxs ərazidən qaçarkən polis tərəfindən öldürülüb.
İlkin məlumata görə, silahlı şəxs mağazanın qarşısında göy qurşağı bayrağı haqqında bir neçə təhqiramiz ifadələr işlədib.
Mübahisə zamanı şübhəli şəxs silaha əl atıb və mağaza sahibini vurub. Karelton hadisə yerində ölüb.
Mağazanın sahibəsi LGBT üzvü olmayıb. Ancaq o qrupa daxil olan insanlara həvəslə kömək edib. O da vurğulanır ki, Lauri Karleton bir neçə dəfə ərdə olub. Sonuncu evliliyi isə 28 il - ölümünə qədər sürüb. Qadının fərqli kişilərdən 9 uşağı var. O, sonucu dəfə əkiz qız dünyaya gətirib.