23 Avqust 2023 00:55
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yalnız Rusiya Federasiyası qarşısında bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə “Taxıl sazişi”nə qayıtmağa hazırıq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya iyulun 18-dən bu sazişin müddətini daha da uzatmaqdan imtina edib: "Biz ona qayıtmağa hazırıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik".

Rusiya Prezidenti onu da vurğulayıb ki, ölkənin dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı sazişin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklər sadəcə olaraq nəzərə alınmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər