23 Avqust 2023 18:38
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada özlərini “Xumsun Gənc Müqavimətçiləri” adlandıran bir qruplaşma əsgər Türkiyə əleyhinə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu yaxınlarda Liviya mətbuatında Ankaranın Xums limanını 99 il müddətinə icarəyə götürdüyü iddia edilsə də, məlumat Tripoli tərəfindən təkzib olunmuşdu.

Bundan sonra bir qrup hərbçi Ankaranın Liviyadakı fəaliyyətini “işğal” adlandıraraq, Türkiyəyə savaş elan edəcəklərini açıqlayıb.

Açıqlamada türklərin Liviyada olduğu bütün yerləri və məkanları “legitim hədəf” olaraq gördüklərini bildiriblər.

Hərbçilər açıqlamanı “Liviya xalqı adından” verdiklərini deyiblər:

“Liviyada türk işğalı Liviyanın şərəf və suverenliyini tapdalayaraq əzmək və heç vaxt geri çəkilmədən burada qalmaq məqsədi daşıyır. Biz Liviyada müstəmləkəçiliyi imkan verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər