25 Avqust 2023 21:55
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bildirib.

“Hökumət dini icma üçün vacib olan əşyalarla uyğunsuz davranışı qadağan edən qanun təklif edəcək”, - P.Hummelqaard deyib.

Nazir əlavə edib ki, Quran, İncil və ya Tövratın yandırılması qanunsuz olacaq.

Hökumət, həmçinin Danimarkada Quranın yandırılmasının qadağan edilməsinin söz azadlığını pozacağını bildirən bəzi müxalifət partiyalarının etirazlarını rədd edib.

"Hesab edirəm ki, öz düşüncəni ifadə etmək üçün əşyaları yandırmaqdan daha sivil yollar var”, - P.Hummelqaard deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər