Yunan Kiprinin (GKM) Limassol şəhərində məscidə molotof kokteyli ilə hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) rəsmi agentliyi bildirib.
Gecə saatlarında Limassoldakı İbrahimağa Köprülü məscidinə bir nəfər tərəfindən molotof kokteyli atılıb.
Məlumatda məscidin qapısının və divarının zədələndiyi bildirlib.
“Philenews” saytı hücumun “Molotov kokteyli” ilə edildiyini bildirərkən, “Antenna” məscidə fişəng atıldığını və kiçik ziyana səbəb olduğunu iddia edib.
Bəzi məlumatlara görə, hücumdan əvvəl məscidin divarlarına “Mühacirlərin İslamı xoş qarşılanmır” yazısı vurulub.
Məlumat üçün qeyd edək ki, polislər hücumu təşkil edənlərin axtarışına başlayıb.