Şimali Koreya hakimiyyəti COVID-19 ilə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə olan vətəndaşlarının vətənlərinə qayıtmasına icazə vermək barədə qərar qəbul edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KXDR-in Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahı bəyanat yayıb.
“Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki KXDR vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”, - məlumatda qeyd olunub.
Agentlik xəbərdarlıq edib ki, qayıdanlar bir həftə karantin bölmələrində lazımi tibbi nəzarət altında olacaqlar.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur ki, bağlıdır.