28 Avqust 2023 11:12
11 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Niameydəki səfiri Slivan İtteyə Nigeri tərk etməsi üçün verilən 48 saat başa çatıb. Fransa bu qərarı tanımadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, müddətin başa çatmasından əvvəl Fransanın Niameydəki səfirliyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə buraxılış dayandırılıb.

Fransa hərbi xuntanın qərarını tanımadığını və İttenin Nigerdə ​​qalacağını açıqlamışdı.

Niger hökumətinin açıqlamasında isə bildirilib ki, diplomat ölkəni tərk etməsə, səfirliyə verilən elektrik enerjisi və su kəsiləcək.

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən xunta Fransa ilə 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər