28 Avqust 2023 17:57
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “l'Express” nəşri skandal məqalə ilə gündəmdədir.

Teleqraf.com xəbər verir ki, dünya üzrə 5 müharibə ssenarisini irəli sürən nəşr Türkiyə ilə bağlı təxribatçı təfərrüatlara yer verib. 2027-ci ilə işarə edilən ssenaridə Yunanıstanla Türkiyə arasında qarşıdurma yaranacağı və Fransanın Türkiyəyə qarşı müharibəyə qatılacağı irəli sürülür.

“Qırx tədqiqatçı, diplomat, general və keçmiş kəşfiyyatçı”ya istinadla hazırlandığı iddia edilən məqalədə müharibə ssenariləri belə təsvir olunub;

Estoniyanın Rusiya tərəfindən işğalı;

Sakit okeandakı dağlıq adaların Madaqasqardan geri alınması;

Türkiyə ilə Yunanıstan arasında yeni “Kardak böhranı”;

Fransa donanmasının flaqman gəmisi “Şarl de Qoll”un Çin tərəfindən batırılması;

Malidə vətəndaş müharibəsi.

Materialda Türkiyə və Yunanıstan arasında xəyali savaşa da geniş yer verilib. İki ölkə arasında “Kardak böhranı”nın yaşanacağını iddia edən “l'Express” Fransanın öncüllüyündə Almaniya və İngiltərənin Yunanıstan tərəfindən döyüşə girəcəyi bildirilib.

Yunanıstan və Fransa arasında imzalanan hərbi yardım müqaviləsinə toxunan nəşr Türkiyə ilə Yunanıstan arasında mümkün müharibə vəziyyətində Fransanın strategiyasının necə olacağına diqqət çəkib.

“Fransız ordusu hazırlaşır” iddiasının yer aldığı ssenariyə görə, 17 fevral 2027-ci il tarixində Türkiyə ilə Yunanıstan arasında Kardak üstündə müharibə başlayacaq.

“Fransa ordusu bunun üzərində işləyir və hazırlaşır”, - məqalədə deyilib.

Ssenaridə o da qeyd olunub ki, Yunanıstan və Türkiyə NATO üzvüdür, ona görə də bu və ya digər ölkənin tərəfində olmaq asan deyil. Belə bir halda Yunanıstanın Avropa Birliyinə müraciət etməli olduğu vurğulanıb.

Həmçinin, nəşr 2021-ci il Yunanıstan-Fransa müqaviləsinə istinad edib: “Bu müqavilə ilə Fransa birbaşa Yunanıstanın yanında yer ala bilər”.

Fransanın ssenarisinə görə, Egeydə hava və dəniz döyüşləri başlayır, Yunanıstan Kardakı almağa çalışır, yunanlar 40, türklər 14 hərbçisini itirir. Bu gəlişmənin ardınca Prezident Emmanuel Makron Fransa ordusunun Almaniya, İngiltərə və İtaliyanın da olduğu koalisiya ilə Yunanıstana kömək etmək üçün əməliyyat keçirəcəyini açıqlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər