29 Avqust 2023 22:53
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Humanitar yük”lə Ermənistana gələn Paris meri Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fransanın Azərbaycana qarşı davam edən təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann İdalqonun “aksiya”sının (təxribatının) nəticəsini gözləyəcəklər. Paris meri “humanitar yük”lə Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Erməni lobbisi Paris merini zərbə altında qoyacaq. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcəklər: “İndi nə edək?”

Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq.

Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsinin tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər