29 Avqust 2023 21:26
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan bütün diqqətini Türkiyə ilə iki kritik görüşə yönəldib.

Teleqraf.com xəbər verir ki, yunan mətbuatı günlərdir xarici işlər naziri Hakan Fidanla həmkarı Yorqo Gerapetrit arasında sentyabrın 5-də Türkiyədə baş tutacaq görüşün gündəmini müzakirə edir.

Nyu-Yorkda (ABŞ) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiryakos Mitsotakis arasında keçiriləcək görüş də yunan mediasının digər sevimli mövzusudur.

Görüşlərin gündəm maddələrini araşdıran Yunanıstan mətbuatı Türkiyənin xüsusilə Kiprlə bağlı qırmızı xətlərinin olduğunu, Egey və Şərqi Aralıq dənizlərində heç bir güzəştə getmədiyini yazır.

“Ta Nea” Hakan Fidanla Yorqo Gerapetrit arasında görüşün hazırlıq olduğunu, iki ölkə arasındakı gərginliyin yerini danışıqlar prosesinə verdiyini iddia edir.

Dialoqun yenidən başlaması və əlaqə kanallarının açıq saxlanılması yolunun axtarılacağını yazan nəşr iki nazirin görüşünün rutin hala çevrilməsinin gözlənildiyini bildirir.

İki ölkə arasında həll olunmamış problemlərin olduğu xatırladılan məqalədə Kipr məsələsinə diqqət çəkilir. Kiprin çox çətin bir bölgə olduğunu dilə gətirən qəzet buna həll yolu tapmağın çətin olduğunu qeyd edir. Türkiyənin Mavi Vətəndən əsla vaz keçməyəcəyi bildirilərkən, Yunanıstanın da özünəməxsus qırmızı xətlərinin olduğu qeyd olunur.

“Kathimerini” Ərdoğanla Mitsotakis arasında sentyabrda keçiriləcək görüşün həyati əhəmiyyət daşıdığını yazır. Nəşr əlavə edir ki, görüşdə “yaşıl işıq” yandırılarsa, texniki detalların müzakirə olunacağı Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirələr oktyabr ayında da davam etdiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər