Ukraynanın Donetsk şəhərində separatçılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər artıq 4 gündür ki, davam edir.
Separatçılar antiterror qüvvələrinin uğurlu əks həmlələri nəticəsində bir neçə tank itiriblər.
Teleqraf.com-un məlumatına görə, separatçı silahlı birləşmələrin Donetsk aeroportunu ələ keçirmək cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib.
Bundan qəzəblənən separatçılar Pesk qəsəbəsi istiqamətində dinc sakinləri və hərbçiləri snayperlər vasitəsilə hədəfdə saxlayırlar.
Mövcud gərginliyə baxmayaraq, Ukrayna ordusu əldə etdyi mövqeləri qoruyub saxlayıb və möhkəmləndirib.
Separatçılar yaralıları çıxarmağa imkan verməsələr də, antiterror qüvvələri yeni terminala açıq döyüşlə daxil olublar.
Desantçılar terrorçuları ağır itkilərlə geri çəkilməyə vadar ediblər.
Nail Cəlil