Koreya Xalq Demokratik Respublikası yanacağın keyfiyyətini yüksəldərək hərbi sahədə tarixi nailiyyət əldə edib.
Teleqraf.com-un məlumatına görə, bunun nəticəsində rəsmi Pxenyan ballastik raketlərini uzun müddət yüksək hazırlıq vəziyyətində saxlaya biləcək.
Yanacağın yüksək partlama təhlükəsinə görə Şimali Koreya raketlərinin hazırlıq rejimi daha əvvəl ən çox üç saat çəkirdi.
İndi isə ballistik raketləri bir neçə ilə qədər hazırlıq vəziyyətində saxlamaq mümkün olacaq.
Nail Cəlil