Suriya Prezidenti Bəşər Əsəd paytaxt Dəməşqdə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, Suriya lideri iranlı nazirlə görüşdə bölgədəki vəziyyəti və qaçqınların ölkələrinə qayıtmalarını müzakirə edib.
Türkiyənin Suriyadakı hərbi varlığından danışan Əsəd deyib ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün türk hərbçilərinin Suriya ərazisindən çıxarılması qaçılmaz və zəruridir.