2 Sentyabr 2023 16:12
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev ölkədə atom elektrik stansiyasının (AES) tikilib-tikilməyəcəyinə qərar vermək üçün referendum keçiriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, prezident nüvə energetikasının inkişafının ölkədə mühüm iqtisadi-siyasi məsələyə çevrildiyini bildirib.

“Ölkəmizdə atom elektrik stansiyasının tikintisinin məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər var. Dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın öz nüvə istehsalı olmalıdır. Bəzi mütəxəssislər kiçik reaktorlu stansiyaların tikintisini dəstəkləyirlər. Digər yandan isə bir çox vətəndaşlar və bəzi mütəxəssislər atom elektrik stansiyalarının təhlükəsizliyindən narahatdırlar. Semipalatinsk süvə sınaq sahəsindəki faciəni nəzərə alsaq, bunu başa düşmək olar”, – Tokayev deyib.

Məsələ ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayan Tokayev 2019-cu ildə seçki kampaniyasında strateji məsələlərlə bağlı qərarların referendumla qəbul ediləcəyinə söz verdiyini xatırladıb.

Qazaxıstan lideri AES-in tikilib-tikilməməsi məsələsinin ölkənin gələcəyi üçün vacib olduğunu vurğulayıb: “Ona görə də bu məsələnin referenduma çıxarılmasını təklif edirəm. Referendumun tarixinə sonra qərar verəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər