3 Sentyabr 2023 17:59
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 3-də Kuzbassda 4,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Tədqiqat Mərkəzinin Altay-Sayan bölməsinin əməliyyat hesabatında məlumat verilib.

Zəlzələ 54.17 enlik və 86.41 uzunluq koordinatları olan bir nöqtədə qeydə alınıb - bu, Krasnobrodski şəhər rayonundadır.

Məlumata görə, zəlzələnin maqnitudası 4,2, episentrdə isə intensivliyi 5,2 olub.

Hesabatda seysmik hadisənin təbii xarakter daşıdığı qeyd edilir.

Yerli sakinlərin sözlərinə görə, onlar xüsusilə binaların yuxarı mərtəbələrində yeraltı təkanları daha çox hiss ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər