3 Sentyabr 2023 20:31
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefonla təhlükəsizlik məsələlərini və taxıl dəhlizinin fəaliyyətini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

"Biz taxıl dəhlizinin fəaliyyətinin təmin edilməsi və Odessa vilayətinin təhlükəsizliyinin yaxşılaşdırılması yollarını müzakirə etdik", - deyə yazıb.

Zelenski ənənəvi olaraq Fransaya hərbi yardıma görə təşəkkür edib və Makronla Fransa şirkətlərinin qarşıdan gələn Ukrayna Müdafiə Sənayesi Forumunda iştirak edəcəyinə razılaşıb. Həmsöhbətlər həmçinin “ikitərəfli təhlükəsizlik təminatları üzrə” danışıqlara başlamağa razılaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər