6 Sentyabr 2023 00:35
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Baş Prokurorluğu ötən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. və onun vasitəçisi Artur E-yə qarşı dövlətə xəyanət ittiham irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın baş prokuroru tərəfindən avqustun ortalarında Berlin Ali Məhkəməsində hər iki şəxsə qarşı ittiham irəli sürüb.

Onlar ömürlük həbs cəzası ala bilərlər. Məxfi məlumatların çox olması səbəbindən məhkəmənin əsasən qapalı keçiriləcəyi gözlənilir. İddialar da əsasən məxfiləşdirilib.

Karsten L. 2022-ci il dekabrın sonunda saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Rusiya tərəfinə “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin və “İRİS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri barədə məlumatları çatdırmağa çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər