13 Yanvar 2015 19:01
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri Pakistanın Taliban qüvvələri ilə barışmaz mübarizəsini yüksək qiymətləndirib.

O, ölkəsinin Pakistanda Taliban terrorundan zərər çəkənlərə yardım edəcəyini bildirib.

Teleqraf.com-un məlumatına görə, Ağ Evin rəsmisi müvafiq açıqlama ilə Pakistana səfəri əsnasında çıxış edib.

Xatırladaq ki, Orta Şərq regionunda səfərdə olan dövlət katibi artıq dünən Hindistandan Pakistana gəlib və burada bir sıra mühüm görüşlər keçirir.

Kerri Pakistan ordusunun Talibana qarşı apardığı çevik əməliyyatları təqdir edərək, əlavə dəstək üçün 250 milyon dollar vəsaitin ayrılacağını vurğulayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər