11 Sentyabr 2023 10:55
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/SDQ terrorçuları ABŞ-ın verdiyi PUA-ları terrorla mübarizə adı altında Türkiyə ordusunun mövqelərinə qarşı istifadə etməyə başlayıblar.

Teleqraf.com xəbər verur ki, Pəncə-Kilid əməliyyat zonasında (Suriya) türk hərbçilərini hədəfə alan kamikadze dronları zərərsizləşdirilib.

PKK-nın Şimali İraq və Suriyadakı düşərgələrinin vurulması, liderlərinin bir-bir zərərsizləşdirilməsi, ABŞ-dan aldığı PUA-ların vurulmasından sonra terror təşkilatı panikaya düşüb.

Suriyadan Qəndilə terrorçu daşıyan helikopterlərinin müəmmalı vəziyyətdə qəzaya uğramasından sonra bölgədə terrorçulara İran, ABŞ və İraqdakı yerli qüvvələr tərəfindən PUA təlimləri verilməyə başlanmışdı. İraqda istifadə olunmayan hava limanlarında ABŞ hərbçiləri tərəfindən təlim alan PKK terrorçularının pilotsuz təyyarələri türk ordusunun hədəfindədir.

Məlumata görə, bir müddət əvvəl PKK-nın Suriyadakı düşərgələrinə 9 PUA göndərilib. Terrorçuların dron hücumlarının qarşısı türk sistemləri ilə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər