Fransanın paytaxtı Parisdə keçən həftə təşkil edilən terror hücumlarında həyatını itirən 41 yaşlı polis Əhməd Merabet, Parisdəki “Bobigny” müsəlman qəbiristanlığında dəfn edilib.
Merabet qəbiristanlıqda olan Təqva məscidində qılınan cənazə namazından sonar torpağa tapşırılıb.
Dəfn mərasiminə Merabetin yaxınları, həmkarları, Fransa İslam Şurasının başçısı Xəlil Əbubəkr də daxil olmaqla təxminən 2 min adam qatılıb.
Mərasim əsnasında təkbir və alqış səsləri yüksəlib.
Nail Cəlil