NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç PKK terror təşkilatının aksiyalarına icazə verməyə davam edir.
Teleqraf.com xəbər verir ki, PKK tərəfdarları Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəni hədəf alan növbəti aksiyasını keçirib.
Paytaxt Stokholmda toplaşan PKK-çılar İsveç parlamentinin önündə icazəsiz aksiya təşkil edərək, görüntüləri sosial mediada paylaşıblar.
Terror təşkilatının tərəfdarları PKK-nı simvolizə edən əski parçasını qaldırıblar, baş terrorçu Abdullah Öcalanın posterini açıblar. Bununla kifayətlənməyən PKK simpatizanları Prezident Ərdoğana bənzədilən maketi yandırıblar.