Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden gələn həftə Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə deyib.
Sallivanın sözlərinə görə, Bayden Nyu-Yorkdan qayıtdıqdan sonra Vaşinqtonda qəbul edəcək. Görüş cümə axşamı, sentyabrın 21-də baş tutacaq.
Bildirilib ki, bu, iki ölkə liderlərinin Ağ Evdə üçüncü görüşü olacaq.