Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və nümayəndə heyəti ABŞ-də səfərdədir.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri ABŞ-a səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasında iştirak edəcək və bəzi görüşlər keçirəcək.
Nümayəndə heyətinə prezidentin xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və digər rəsmi şəxslər daxildir.