Gecə saatlarında Rusiyadan Ukrayna ərazilərinə İran PUA-ları (“Şahid”) və qanadlı raketlərlə kütləvi zərbələr endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ümumilikdə Ukrayna şəhərlərinə 41 hava vasitəsi atılıb.
Odessa və Nikolayev vilayətlərində 24 “Şahid” dronu qeydə alınıb. Bunlardan 18-i Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri tərəfindən məhv edilib.
Ruslar Volqoqrad vilayətindən “Tu-95MS” strateji bombardmançı təyyarələrindən qanadlı raketlər buraxıblar. Poltava və Xmelnitski vilayətlərinə atılan 17 ədəd “X-101”, “X-555” və “X-55” tipli qanadlı raketlərinin hamısı məhv edilib.