Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstələnməsi barədə məlumat yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bizim heç bir məlumatımız yoxdur. Hər halda prezidentin aparatı onun səhhətindəki durumla çətinliklə məlumat verə bilər. Ona görə də burada deməyə sözümüz yoxdu”, - Peskov bildirib.
Bundan əlavə, Kremlin sözçüsü Kadırovun dünən Prezident Vladimir Putinlə görüşmək üçün Moskvaya getdiyi iddiasına da toxunub:
“Putinlə heç bir görüş olmayıb”.
Bundan əvvəl müxtəlif Teleqram kanallarında və KİV-də Kadırovun gecə saatlarında Moskvada xəstəxanada öldüyü barədə təsdiqlənməmiş məlumat yayılıb.