18 Sentyabr 2023 17:06
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin elektron ticarət platforması “Alibaba” Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Alibaba”nın səhmdarı olduğu “Trendyol” məlumat yayıb.

Bildirilir ki, “Alibaba” qrupunun prezidenti Maykl Evans İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Maykl Evans Türkiyəyə planlaşdırdıqları sərmayələr haqqında Ərdoğana məlumat verib: “Bu günə qədər Trendyol vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyulub. “Trendyol”un beynəlxalq böyümə strategiyasını dəstəkləyirik. Türkiyə dünyanın qabaqcıl e-ixrac ölkəsi potensialına malikdir. Qarşıdakı dövrdə ölkəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırırıq”.

Qrup prezidenti Ankaradakı data və logistika mərkəzi, eləcə də İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb. İnvestisiya təqvimi ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, “Alibaba” 2018-ci ildə “Trendyol”a investisiya qoymaq qərarına gəlib. Hazırda Çin şirkətinin payı 76,1 faiz təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər