19 Sentyabr 2023 10:41
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PBS kanalında mühüm açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, müsahibə zamanı aparıcı Amna Navaz terrorçu fəaliyyətlərinə görə həbs edilən Sədəf Kabaş, Səlahəddin Dəmirtaş və Osman Kavala ilə bağlı Türkiyə liderinə təxribatçı suallar ünvanlayıb.

Prezident Ərdoğan aparıcının “Sədəf Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaş kimi yüksək səviyyəli həbslərə gəlincə, siz bu insanları susdurmağa çalışırsınız” sualına belə cavab verib:

“Bu sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Qanunun aliliyində belə qərarlar məhkəmə orqanları tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi qərara hörmətlə yanaşaq. Mən məhkəmə hakimiyyəti adından danışacaq durumda deyiləm. Qeyd etdiyiniz bu şəxs (Kavala) etirazların maliyyəçisi olub. Mən onlarla məşğul olmaq fikrində deyiləm".

Dəmirtaşın terrorçu və 200-dən çox insanın ölümünə səbəb olduğunu və buna görə də məhkəmənin qərar verdiyini deyən Ərdoğan bundan sonra aparıcının sözünü kəsmək cəhdinə belə təpki göstərib:

“Sözü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksiniz, məhkəmənin verdiyi qərara hörmət edəcəksiniz. Amerikanın məhkəməsi məhkəmədir, Türkiyənin məhkəməsi məhkəmə deyil? Siz də Türkiyənin məhkəmə sisteminə hörmət etməlisiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər