“Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsini dəstəkləyirik”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf deyib.
Onun sözlərinə görə, ABŞ “Çarli Hebdo” satirik jurnalının söz və ifadə azadlığını tam dəstəkləyir: “Jurnalistlərin, sənətçilərin və yaradıcı insanların ifadə azadlığının dəstəklənməsi vacibdir. ABŞ hər zaman söz və ifadə azadlığının yanındadır. Bu demokratiyanın göstəricisidir. Müsəlmanların bu məsələyə çox həssas yanaşdığını bilirəm. Ancaq heç bir şey şiddəti və nifrəti haqlı etməz. Heç bir şey ifadə azadlığının qarşısını ala bilməz”.
Samir