21 Sentyabr 2023 20:45
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KF-16” qırıcısı Koreya Respublikasında bazadan havaya qalxarkən qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Sosan qəzasındakı bazada yerli vaxtla saat 8:20-də (Bakı vaxtı ilə 3:20 – red.) baş verib, təyyarədə yalnız pilot olub. Pilot xilas ola bilib. Hazırda o, xəstəxanaya yerləşdirilib.

Mülki obyektlərə dəyən ziyan barədə məlumat verilməyib. Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək üçün işçi qrupu yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər