30 Sentyabr 2023 08:03
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Avropa İttifaqının pilotsuz təyyarələrin tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalarına qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə hökuməti (Federal Şura) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “İsveçrə Aİ-nin pilotsuz təyyarələrin tədarükü ilə bağlı İrana qarşı yeni sanksiyalarına qoşulur və bu yaxınlarda Rusiyanın Ukraynadakı əməliyyatda bu cihazlardan istifadə etdiyi iddiasına cavab olaraq əlavə bir sıra tədbirləri təsdiqləyir”.

"Pilotsuz uçan aparatların istehsalında istifadə olunan komponentlərin satışı, tədarükü, ixracı və tranziti qadağandır. Bundan əlavə, İranın pilotsuz uçuş aparatları proqramı ilə əlaqədar, fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü maliyyə sanksiyaları və səyahət məhdudiyyətləri nəzərdə tutulub. Qadağaya dronların istehsalında istifadə olunan komponentlərin satışı, tədarükü, ixracı və tranziti də daxildir. İran İslam Respublikasına qarşı tədbirlər görüləcək”, - deyə bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər