ABŞ prezidenti Co Bayden təsdiq edilmiş müvəqqəti büdcə fonunda ABŞ-ın müttəfiqlərinə və Ukraynaya yardımın bitməyəcəyinə söz verib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Amerika lideri konqresmenlərin əksəriyyətinin Ukraynaya yardım göstərilməsini dəstəkləməkdə davam etdiyini bildirib.
“Amerika müttəfiqlərini, Amerika xalqını və Ukrayna xalqını əmin etmək istəyirəm ki, onlar bizim dəstəyimizə arxalana bilərlər, biz getməyəcəyik”.