ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti vəzifəsindən uzaqlaşdırılmayacağını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "CBS News" xəbər verir. Makkarti konqresmen Mett Getszə onu vəzifədən uzaqlaşdırmaq üçün vəsatət vermək planlarını şərh edərək deyib:
“Gəlin, idarə etməyə başlayaq. Əgər o, bizi iqtisadiyyatı bağlamağa sövq etməyə çalışdığı üçün üzülübsə və mən hökumətin bağlanmadığına əmin olmuşamsa onda gəlin, bu barədə danışaq”.
Qeyd edək ki, bu gün Respublikaçılar Partiyasının ABŞ Konqresinin Nümayəndələr Palatasındakı nümayəndəsi Mett Getsz Kevin Makkartini tutduğu vəzifədən uzaqlaşdırmaq üçün petisiya vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, spiker hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yaranmış vəziyyətdə yalan danışıb.