Oktyabrın 2-nə keçən gecə rus işğalçıları Ukraynaya doğru pilotsuz uçuş aparatları buraxıblar.
Teleqraf.com Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, “Şahed” tipli pilotsuz təyyarələr qrupu artıq Xerson vilayətinin hava məkanındadır. Rusiya pilotsuz təyyarələri Nikolayev vilayəti istiqamətində hərəkət edir.
İndi Nikolaev, Xerson, Donetsk və Xarkov vilayətlərində həyəcan təbili çalınıb.